Zidan onu fahişə adlandıranı məhkəməyə verdi
03.02.2012 - 15:46
Əfsanəvi futbolçu Zinəddin Zidan fransalı yumor ustası Kristof Alveki məhkəməyə verib. Lent.az-ın məlumatına görə, təhqir olunduğunu bildirən Zidan 75 min avroluq iddia qaldırıb.
Alvek son müsahibələrindən birində Fransa milli komandasının sabiq futbolçusunu fahişə adlandırıb. Yumor ustasının fikrincə, veteran futbolçu 2022-ci il dünya çempionatı təşkilatçısının seçimi zamanı Qətərin maraqlarını müdafiə edib.
Qeyd edək ki, Zinəddin Zidanın Qətərə dəstək müqabilində 11 milyon avro aldığı barədə şayiələr yayılıb.

0
0