Yığmamız İslam ölkələri arasında üçüncü yeri tutdu
04.02.2012 - 10:50
Yığmamız İslam ölkələri arasında üçüncü yeri tutdu
Səudiyyə Ərəbistanının Dammam şəhərində keçirilən ağır atletika üzrə I İslam Ölkələrinin Həmrəylik Çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Nizami Paşayevin ikinci heyəti sınadığı yarış komandamız üçün uğurlu alınıb.

Belə ki, Paşa İbrahimlinin üç qızıl, Rauf Nəbiyevin (hər ikisi (62 kq) iki gümüş, Firudin Quliyevin (69 kq) isə iki qızıl və bir gümüş medalı millimizin ümumi sıralamada 3-cü yeri tutması ilə nəticələnib. Komandamızı yalnız Misir və meydan sahibləri Səudiyyə Ərəbistanı yığmaları qabaqlaya bilib.

Qeyd edək ki, yarışda Paşayev 8 atleti sınaqdan keçirib.