“Böyük Dəbilqə”də böyük fiasko
06.02.2012 - 10:18
Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xalları verən yarışda Azərbaycan idmançıları medala həsrət qalıblar.
Belə ki, turnirin ikinci günü mübarizəyə qoşulan 3 cüdoçumuzdan yalnız Elxan Məmmədov (90 kq) fərqlənib. Yığmamızın liderinin gücü isə 5-ci olmağa çatıb.
Bununla da, 8 cüdöçu ilə “Böyük Dəbilqə”yə qatılan millimiz komanda hesabında 24-cü olub. Məmmədovdan öncə isə İlqar Müşkiyev (60 kq) eyni nəticəni təkrarlamışdı.
Qeyd edək ki, 5-ci yeri tutan həmyerlilərimiz aktivlərinə 60 lisenziya xalı əlavə ediblər.

0
0