Atletlərimiz 5 ölkənin ən güclüləri arasında
09.02.2012 - 11:47
Fevralın 9-11-də Belarusun Mogilyov şəhərində atletika üzrə açıq ölkə çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda yerli idmançılarla yanaşı, Azərbaycan, Ukrayna, Türkiyə və Gürcüstanın da ən güclü atletləri mübarizə aparacaqlar.
Milli komandamızın üzvlərindən çempionatda Xayle İbrahimov (3000 m, Avropa çempionatının gümüş və bürünc mükafatçısı) və Layeş Abdullayeva (3000 m, yeniyetmələr arasında 2 qat Avropa çempionu, gənclər arasında dünya çempionatının bürünc mükafatçısı) qaçış zolağına çıxacaqlar.
Qeyd edək ki, efiopiyalı atletlərimiz bir müddət əvvəl Belarusa yollanıblar və hazırda Mogilyovda təlim-məşq toplanışındadırlar.

0
0