“Muğan”dan qovulan baş məşqçi milli komandada
09.02.2012 - 18:09
Salyanın “Muğan” klubunun sabiq baş məşqçisi Kamal Alispahuç özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 2009/10 mövsümünün əvvəlində əyalət təmsilçisinə rəhbərlik edən, sonra postundan qovulan bosniyalı çalışdırıcı karyerasını Tacikistanda davam etdirəcək.
Alispahiç bu ölkənin əsas milli komandasının baş məşqçisi təyin olunub. O, yeni postunda fevralın 29-da debüt edəcək. Həmin gün Tacikistan yığması DÇ-2014-ün Asiya zonası üzrə seçmə mərhələsində Şimali Koreya ilə qarşılaşacaq.
Qeyd edək ki, Alispahişin son iş yeri Suriyanın “Əl İttihad” klubu olub.

0
0