Taekvondoçularımız İsveçdən 6 medalla qayıdırlar
13.02.2012 - 15:06
İsveçdə taekvondo üzrə keçirilən XXI “Trelleborg Open” turnirinə yekun vurulub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa qatılan Azərbaycan millisinin üzvləri 3 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olublar.
Avropa Taekvondo Birliyinin (ETU) “A” kateqoriyalı turnirində böyüklərdən Ramik Nəzərov (63 kq), gənclərdən isə Pərvin Əliyev (59 kq) və Seyidəzim Bədirxanlı (+78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Gənclərdən Vladislav Subbotin (73 kq) yalnız final döyüşündə məğlub olaraq, komandamızın aktivinə gümüş medal yazdırıb. Elnur Məhərrəmov (78 kq) və Təranə Məmmədova (46 kq) isə bürünc medal qazanmaq şansını əldən verməyiblər.

0
0