Müdafiəçi xəstəxanalıq oldu
14.02.2012 - 09:50
Braziliya çempionatının “Aquyya” – “Aldivan” qarşılaşmasında qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, matçda yaranan çoxsaylı mübahisəli epizodların birindən sonra meydanda qarışıqlıq düşüb. Meydan sahiblərinin yarımmüdafiəçisi Aleşandre Karioka yaxınlığındakı fotokameranın ştativini götürərək rəqibin başına çırpıb. Hadisənin qurbanı isə yerə əyilərək butslarının ipini bağlayan Remo olub. Müdafiəçi dərhal xəstəxanaya çatdırılıb. Karioka isə polis tərəfindən həbs olunub. Lakin qonaq komandanın şikayət etməməsi üzündən yarımmüdafiəçi tezliklə buraxılıb.
0
0