Şahmatçılarımız Rusiyadan əliboş qayıdırlar
16.02.2012 - 10:14
Rusiyanın paytaxtı Moskvada keçirilən şahmat üzrə “Aeroflot open” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan milli komandasının 4 üzvündən heç biri mükafatçılar sırasında yer ala bilməyib.
Belə ki, turniri Eltac Səfərli 5,5 xalla 23-cü yerdə başa vurub. Ondan 1 xal az toplayan Rauf Məmmədovun 42-ci olduğu yarışda Qədir Hüseynov 4 xalla 60-cı olub.
B turnirində ölkəmizi təmsil edən Namiq Quliyev isə 5 xalla 52-ci pilləni tutub.
Qeyd edək ki, 9 oyunun yekununa görə A yarışının qalibi 6,5 xalla Mateuş Bartel (Polşa), B turnirinin çempionu isə 7,5 xalla Əmrə Can (Türkiyə) olub.

0
0