“Ramil Quliyev heç vaxt yığmanıza qayıtmayacaq”
17.02.2012 - 14:03
“Ölkənizdə Ramil Quliyevin haqqında dolaşan xəbərlər şayiədən başqa bir şey deyil. Hamı bilsin, Azərbaycan tərəfi icazə versə, Ramil London Olimpiadasında Türkiyəni təmsil edəcək. Əks təqdirdə, Quliyev heç vaxt milli komandanızda olmayacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Fənərbaxça” klubunun Atletika Şöbəsinin rəhbəri Fikrət Çətinkaya deyib.
Son günlər Ramil Quliyevin Azərbaycan yığmasına dönüşü haqda yayılan məlumatlara münasibət bildirən Çətinkayanın sözlərinə görə, artıq Türkiyə vətəndaşlığı alan sprinterin geri qayıdışı mümkün deyil: “Ramil ölkəmizə öz istəyi ilə gəlib. Biz də “Fənərbaxça” və Türkiyə olaraq, ona sahib çıxdıq. Yenə deyirəm, bunu biz etməsəydik, Quliyev ya Rusiyaya, ya da Qətərə yollanacaqdı. Amma artıq hər şey geridə qaldı. O, Türkiyə yığmasının üzvüdür. Eybi yox, Azərbaycan tərəfi icazə verməsə belə, 2 ildən sonra Ramil rahat şəkildə ölkəmizi təmsil edəcək. Çünki onun Türkiyə vətəndaşlığını qəbul etməsinin bir ili tamam olur. Qulaqlarını açıb eşitsinlər, Ramil heç vaxt Azərbaycan yığmasına qayıtmayacaq. Onun anası, məşqçisi buradadır. Yaşamağa ev də verilib. Əgər Azərbaycana getsə, bir daha Türkiyəyə gəlməz. Çünki bizim ona inamımız qalmaz”.
“Fənərbaxça” rəsmisi bildirib ki, onlar Ramili zorla Türkiyəyə gətirməyiblər: “Quliyev hər şeyə özü qərar verir. Onu məcburən bura gətirməmişik. Ramil özü deyib ki, Beynəlxalq Atletika Federasiyasında şikayət məktubları da var. Hələ həmin vaxt atası da rəhmətə getməmişdi. Bilirəm, Azərbaycanda deyirlər ki, Ramil pula görə ölkəsini satıb. Ancaq bu belə deyil, ona göstərilən diqqətsizlik belə addımın atılmasına səbəb olub. Sual verirəm, yığmanızda çıxış edən efiopiyalı xanım atlet Azərbaycandan niyə imtina etdi? Onun ardınca həmin efiopiyalıların baş məşqçisi Mətin Sazak da Azərbaycandan getdi. Görürsünüzmü...”.
Çətinkayanın sözlərinə görə, Ramilin ardınca Azərbaycandan daha 3 atlet də Türkiyəni seçmək istəyib: “Təbii ki, mən buna müsbət cavab vermədim. Dedim ki, istəmirəm qardaş. Çünki Quliyevin başına gələnlərdən sonra peşman oldum”.
Qeyd edək ki, Ramil “Fənərbaxça” klubunun şərəfini qoruyur. O, ötən il Türkiyə vətəndaşlığını qəbul edib və Azərbaycan Atletika Federasiyasının icazəsi olmadan 3 il “ay-ulduzlu” formanı geyinə bilməz. Bu isə onun beynəlxalq yarışlara qatılmasına və burada London-2012-yə lisenziya qazanmasına imkan vermir.

0
0