1 gündə 2 məğlubiyyət
19.02.2012 - 15:23
Gürcüstanın paytaxtı Tiflisdə keçirilən qadınlar arasında Peşəkar Şahmatçılar Assosiasiyasının (PŞA) kuboku uğrunda sürətli şahmat üzrə yarışın ilk günündə 2 tur baş tutub. Apasport.az saytının məlumatına görə, bu 2 oyun turnirdə ölkəmizi təmsil edən Zeynəb Məmmədyarova (2318) üçün uğursuz alınıb.
Belə ki, qrossmeysterimiz Maya Çiburdanidze (Gürcüstan, 2500) və Anna Zatonskix (ABŞ, 2506) ilə görüşlərdə məğlub olub. Zeynəb turnirin ikinci günündə Nadejda Kosinseva (Rusiya, 2537), ardınca Anna Muzıçukla (Sloveniya, 2580) gücünü yoxlayacaq.
Qeyd edək ki, fevralın 22-nə kimi davam edəcək turnirin mükafat fondu 40 min ABŞ dollarıdır. Çempion adını qazanacaq zəka sahibi isə 10 min dollara yiyələnəcək.

0
0