Tağızadənin arzusu
19.02.2012 - 19:41
Tağızadənin arzusu
“İnter”lə oyuna çox ciddi hazırlaşırıq. Komandada əhval-ruhiyyə yüksəkdir”. Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın futbolçusu Ruslan Tağızadə deyib.

Komandanın müdafiəçisi Premyer Liqanın XXI turu çərçivəsində “İnter”lə səfər oyunu barədə fikirlərini Sumqayıt təmsilçisinin rəsmi açıqlayıb: “Dünənki məşqdə kiçik zədə alsam da, artıq özümü bu görüşə tam hazır hesab edirəm. Bu qarşılaşmada uğurlu nəticə əldə edib azarkeşlərimizi sevindirmək istəyirik”.

Qeyd edək ki, Ruslan Tağızadə cari mövsümdə “Sumqayıt”ın heyətində Unibank Premyer Liqasında 20 turda meydana çıxıb.