Böyükağa Hacıyev: Denis Silva oynamaq istəmirsə, ehtiyatda otursun
21.02.2012 - 17:36
Böyükağa Hacıyev: Denis Silva oynamaq istəmirsə, ehtiyatda otursun
“Rəvan”la matçın çətin keçəcəyini bilirdim. Oyun ərzində kifayət qədər qol imkanlarımız olsa da, bunların yalnız birindən yararlandıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Premyer Liqanın XXI turuna yekun vuran matçda bakılılar evdə “Rəvan”a hesabı ilə qalib gəlməklə, liderliyi qaytardı.

Hacıyev sona yaxın qapılarına yol tapdıqları rəqibin yaxşı müdafiə olunduğunu bildirib: “Əsasən də qapıçıları inamlı təsir bağışlayırdı. Flavinyo qələbə qolunu vurmaqla komandaya vacib 3 xal qazandırdı. Əgər Denis Silva oynamaq istəmirsə, o zaman gəlib ehtiyatda otursun. Ona görə də Denis Silvanın əvəzinə meydana Cavid İmamverdiyevi buraxdım. “Neftçi”də əvəzolunmaz futbolçu yoxdur”.