Faiq Qarayev: Cavab matçında “Dördlər finalı”na yüksəlmək üçün oynayacağıq
23.02.2012 - 01:15
“Gərgir bir görüş oldu. Əsasən top qəbulunda lazımı oyunu göstərə bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in baş məşqçisi Faiq Qarayev deyib.
O, Çempinlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Dinamo”ya (Rusiya, Kazan) 1:3 hesablı məğlubiyyətdə yetirmələrindən razı qalmayıb. Lakin təcrübəli mütəxəsis bildirib ki, hələ qarşıda cavab matçı var: “Rəqibimiz bu qələbə ilə yaxşı şansa malik olub. Lakin bu, son deyil. Qarşıda cavab oyunu var və həmin görüşdə “Dördlər finalı”na yüksəlmək üçün mübarizə aparacağıq”.

0
0