Elnur Məmmədli mövqeyini qorudu, Elxan Rəcəbli 1 pillə irəlilədi
29.02.2012 - 12:11
Beynəlxalq Cüdo Federasiyası mart ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahı Azərbaycan milli komandasının aparıcı cüdoçuları üçün uğurlu olub.
Belə ki, həmyerlilərimizdən heç biri geriləməyiblər. Əksinə, Elxan Rəcəbli (81 kq) 1 rəqibini qabaqlayaraq, 26-cı pilləyə yüksəlib. Ağayar Axundzadənin yetirmələrindən İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımovun (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) isə öz mövqelərini qorumağı bacarıblar. Onlar son siyahıda olduğu kimi yenə müvafiq olaraq, 10-cu, 14-cü, 3-cü, 12-ci, 36-cı, 13-cü və 15-ci yerləri tuturlar.
Qeyd edək ki, reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaqlar.

0
0