Dünya çempionatının vaxtı dəyişdirildi
29.02.2012 - 14:00
Dünya çempionatının vaxtı dəyişdirildi
FİFA-nın Futzal Komitəsinin yığıncağı keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda bu il keçiriləcək dünya çempionatının final mərhələsi ilə bağlı məsələlər müzakirə olunub. Tailandda baş tutacaq mundialın vaxtının dəyişdirilməsi qərara alınıb. Əvvəlcədən noyabrın 2-də start götürməsi nəzərdə tutulan çempionat 1 gün tez başlayacaq. Lakin buna baxmayaraq yarışçın finalı və bağlanış mərasimi elə noyabrın 18-də gerçəkləşəcək.

Qeyd edək ki, DÇ-nin pley-off mərhələsində Rusiya ilə qarşılaşacaq Azərbaycan milli komandası mundialın 1 addımlığındadır.