Legioneri “Neftçi”dən ayrıldı
02.03.2012 - 09:29
"Neftçi"nin futbolçusu Rodriqinyo Braziliyaya vətəninə yollanıb. Apasport.az saytının məlumatına görə, hazırda bərpa prosesini keçən futbolçu müalicəsini yenidən vətənində davam etdirəcək. Lakin yarımmüdafiəçi tezliklə komandanın sıralarına qayıtmağı düşünür: "Neftçi"nin düşərgəsində olduğum müddətdə həkim nəzarəti altında fərdi hazırlıq keçdim. Braziliyada isə məni əməliyyat edən həkim bir daha müayinə edəcək. Sonra yenidən Bakıya qayıdacam. Meydana çıxmaq istəyirəmsə yüz faiz hazır olmalıyam".
0
0