Milli komandamızın sabiq baş məşqçisi rəsmən “Levski”də! - FOTO
05.03.2012 - 16:17
Milli komandamızın sabiq baş məşqçisi rəsmən “Levski”də! - FOTO
Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Yanko Rusev özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, yığmamızdan ilin əvvəlində qovulan 53 yaşlı bolqar mütəxəssis yenidən vətənində çalışacaq.

Belə ki, “Levski” ağır atletika klubu Rusevi sıralarına qaytarır. O, əvvəl olduğu kimi həmin komandada direktor vəzifəsini icra edəcək.

Olimpiya çempionu “Levski”ni baş verən böyük dəyişiklərin dirçəlişə səbəb olacağını bildirib: “Klub rəhbərliyi bütov şəkildə istefaya göndərilib. Yaxın günlərdə yeni prezident və baş məşqçi postuna təyinatlar rəsmiləşəcək. “Levski” Bolqarıstanda ən uğurlu idman klublarından biridir. Ancaq bizim planımızda daha böyük inkişaf nail olmaq və keçmiş şöhrəti qaytarmaq durur. Bunun üçün ilk olaraq, səylərimiz gənc idmançıları tapıb, onlarla işləməyə yönəldəcəyik. Çünki Bolqarıstanda ağır atletika çöküb və hər şeyə əvvəldən başlamaq lazımdır”.

Qeyd edək ki, Rusev 2009-2011-ci illərdə millimizi çalışdırıb.