“Rəşad Sadıqovun qolu həlledici oldu”
07.03.2012 - 16:57
“Rəşad Sadıqovun qolu həlledici oldu”
“Simurq” standart vəziyyətlərdə xüsusilə təhlükəli oynayır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, Premyer Liqanın XIX turunun “Simurq”la oyunu haqda fikirlərini açıqlayıb: “Amma qarşılaşmada standart vəziyyətdən qolu biz vurduq. Düşünürəm ki, Rəşad Sadıqovun cərimə zərbəsindən vurduğu qol bu matçda həlledici oldu”.

“Simurq”u 0:2 hesabı ilə uduzduğu qarşılaşmaya baş məşqçi əvəzi kimi çıxaran İqor Getman isə Ağdam təmsilçisinin layiqli qələbəsindən danışıb: “Qarabağ” gözəl, baxımlı oyun nümayiş etdirir. Rəqibimiz bununla azarkeşlərə də zövq verir. Bu gün onlar 2 gözəl qol vuraraq qalib gəlməyi bacardılar”.