“Qalatasaray”a qol vuracağına söz verdi
08.03.2012 - 10:25
Cari mövsümdə “Fənərbaxça”nın heyətində Superliqada 23 oyunda rəqib qapılarından 10 top keçirən Miroslav Stok maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının xəbərinə görə, daha 5 qol vuracağı halda karyerasında yeni rekorda imza atacağını deyən slovakiyalı futbolçu komandasının əzəli rəqibi “Qalatasaray”la oyunu səbirsizliklə gözlədiyini deyib: “Bu il mənim ilim olacaq. Həm “Fənərbaxça”da, həm də milli komandada uğurlu çıxış etdiyimə inanıram. Karyeram ərzində mövsümdə ən çox 15 qol vurmuşam. Amma bu il artıq 10 qolun müəllifiyəm. Rekordumu yeniləyəcəyəm. “Qalatasaray”la qarşılaşmanı da səbirsizliklə gözləyirəm. “Cim-Bom”a qol vuracağıma söz verirəm”.
0
0