“Cahangir Əsgərov qarşıma şərt qoymuşdu” - MÜSAHİBƏ
12.03.2012 - 10:51
Ağır atletika üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Yanko Rusev Bolqarıstan mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis millimizdən gedişinin əsl səbəbini açıqlamaq istəməyib.
- Hazırda Bolqarıstan Ağır Atletika Federasiyasında çalışırsınız?
- Xeyr.
- Axı siz bu sahədə güclü mütəxəssissiniz...
- Çünki mən Azərbaycanda işlədim və diqqətdən kənarda qaldım.
- Azərbaycanda nə qədər çalışdınız?
- 2 il. Orada hər şey fərqlidir.
- Hazırlıq sistemini nəzərdə tutursunuz?
- Yox, mən idmanın maliyyələşməsindən danışıram. Çünki Azərbaycan çox varlı ölkədir. Oradakı varlı adamların çoxu idmanı maliyyələşdirmək istəyirlər.
- Sizi Azərbaycana imkanlı şəxs dəvət etmişdi?
- Bəli, həmin şəxs AZAL Hava Yolları Şirkətinin və Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov idi. Mən onunla görüşə gedəndə öncə büdcəni soruşdum. O, bu sahədə heç bir problem görmədi və xərclər məhdudiyyətsiz idi. İstədiyin hər şey tezliklə yoluna qoyulurdu. Ancaq Cahangir Əsgərov qarşıma şərt də qoymuşdu. Belə ki, olimpiya medalı istəyirdi. Dünya çempionları olsa da, onlarda indiyə kimi ağır atletikada olimpiya medalı yoxdur.
- Bunu aradan qaldırmaq üçün vətəninizdən legioner də gətirdiniz...
- Bəli. Mən Azərbaycana yollandıqdan sonra Veliçko Çolakov, İvan Stoitsov və Silviya Petkovanı komandaya cəlb etdik.
- Sonra onlara vətəndaşlıq da verildi...
- Bu baxımdan problem olmadı. Onlara Azərbaycan pasportu verildi.
- Bəs orada ideal şərait olduğu halda, yığmada niyə işinizi davam etdirmədiniz?
- Çünki onlar birbaşa nəticə tələb edirlər. Mən Atlanta Olimpiadasından 2 gümüş və 1 bürünc medal gətirmişəm. Adım heç vaxt qalmaqallarda hallanmayıb. Hər məşqçinin öz metodikası var.
- Onlarla da medallar qazanmaq istəmirdiniz?
- Bir sözlə, onlar milli komandalarını əcnəbi çalışdırmasını istəmirdilər. Bunun isə Cahangir Əsgərovun adından deyilməsi doğru deyildi. Orada Olimpiadadan medal gətirənlərə dövlət səviyyəsində yüksək qiymət verilir. Ancaq onlar əcnəbi deyil, azərbaycanlı məşqçinin yığmanı çalışdırmasını istədilər.
- Konkret danışardınız...
- Mən bunu özümdə sirr kimi saxlamaq istəyirəm.

0
0