“Barselona” futbolçularının ləqəbləri - SİYAHI
13.03.2012 - 00:11
“Barselona” futbolçularının ləqəbləri - SİYAHI
İspaniyanın “ONA FM” radiosunun “Fora de joc” proqramında “Barselona” klubunun futbolçularının ləqəbləri açıqlanıb. Lent.az-ın məlumatına görə, aparıcı Sike Rodriges baş məşqçi Xosep Qvardiolanın komandasının əsas və əvəzedici heyət üzvlərini bir-birini necə çağırdıqlarını üzə çıxarıb.

Pedro Rodriges – “Sepia” (“Yeryapalağı”), “Flako” (“Cılız”)

Xavi Ernandes – “Pelopo” (Yenicə yuxudan durduqda və ya hamamdan çıxanda saçları intim yerlərdə olan tükləri xatırlatdığı üçün bu ləqəb qoyulub)

Viktor Valdes – “La Doble” (“İkiqat”) – üzərində ad və soyadının baş hərflərindən ibarət “V.V.” yazılı əlcək gəzdirdiyi üçün, “Potro” (“Bala ayğır”)

Andres İnyesta – “Don Andres”, “Qusilus” (“İşıldaböcək”)

Lionel Messi – “La Pulqa” (“Birə”), “La Pulqita” (“Xırda birə”), “El Enano” (“Cırtdan”)

Erik Abidal – “Abu” – “Ələddinin sehrli çırağı” cizgi filminin baş qəhrəmanını izləyən kiçik və gözəl meymunun adı

Sesk Fabreqas – “El Pelukas” (“Parik”)

Karles Puyol – “Tarzan” – saç düzümünə

Xerard Pike – “Piketon” – sevgilisi Şakiranı xüsusi emosiya ilə qarşıladığı üçün bu ləqəb verilib

Dani Alves – “Tiburon” (“Akula”) – uzun qulaqlarındakı plastik əməliyyatdan sonra bu ləqəbi alıb

Andre Oyer – “El Paxaro” (“Quş”) – sağ düzümü və uzun iti burnuna görə verilib.

Ruben Minyo – “El Rata” (“Siçovul”) – bəhs nəticəsində uduzduğu pullardan yayınmağa çalışdığı üçün bu ləqəb verilib.

Conatan Dos Santos – “El Qordito” (“Şişman”)

Mark Bartra – “La Ninya” (“Qız”) – paltardəyişmə otağında özünü çox nəzakətli və səliqəli apardığı üçün bu ləqəb verilib.