İlham Əliyev: Bakı Olimpiya Oyunlarını keçirməyə tam hazırdır
14.03.2012 - 01:17
“İldən-ilə Olimpiya Oyunlarında medalların sayı artır və Azərbaycan idman dövləti kimi özünü dünyaya, dünya idman ictimaiyyətinə təqdim edir”. Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Astara Olimpiya İdman Kompleksinin açılışı zamanı söyləyib.
Prezident Azərbaycanda beynəlxalq yarışların keçirilməsinin ənənəyə çevrildiyini deyib. Prezident qeyd edib ki, Azərbaycan 2020-ci ilin Olimpiya oyunlarının Bakıda keçirilməsi üçün müraciət edib, hazırda bu müraciətə baxılır. Onun sözlərinə görə, Bakı Olimpiya oyunlarının keçirilməsi üçün bütün imkanlara malikdir.
Bunu Azərbaycan vətəndaşlarının da istədiyini bildirən prezident qeyd edib ki, beynəlxalq qurumların keçirdiyi rəy sorğusuna görə, əhalinin 95 faizi Olimpiya oyunlarının Bakıda keçirilməsini dəstəkləyir.

0
0