Azərbaycan pasportu ilə Bolqarıstan yığmasında!
16.03.2012 - 10:40
Bolqarıstanın ağır atletika üzrə milli komandasının Avropa çempionatı üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, bir müddət əvvələ kimi Azərbaycan yığmasının şərəfini qoruyan Rumyana Petkova (69 kq) da qitə birinciliyində doğma vətənini təmsil edəcək.
Millimizin sabiq üzvünün komandasını dəyişməsində isə heç bir problem olmayacaq. Çünki 1 ildir Bolqarıstana dönən Petkova Azərbaycan pasportu daşısa da, ölkəmizin adından heç bir rəsmi yarışda iştirak etməyib.
Qeyd edək ki, Avropa çempionatı London-2012 üçün sonuncu lisenziya yarışıdır. Burada Azərbaycan qadınlardan ibarət yığma ilə təmsil olunmağı planlaşdırır.

0
0