Millimizin baş məşqçisi dünyasını dəyişdi - FOTO
17.03.2012 - 00:02
Millimizin baş məşqçisi dünyasını dəyişdi - FOTO
Reqbi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Quram Modebadze vəfat edib. Bu haqda Lent.az-a Azərbaycan Reqbi Federasiyasının icraçı direktoru Zülfüqar Nəbiyev məlumat verib.

Onun sözlərinə görə, gürcüstanlı mütəxəssis 63 yaşında şəkərli diabet xəstəliyindən dünyasını dəyişib. Modebadze Tiflisdə dəfn olunub.

Qeyd edək ki, Quram Modebadze qısa fasilələrlə 2003-cü ildən Azərbaycan yığmasında çalışıb.