Elxan Əliyev: Daha yaxşı çıxış etmək gücündəyik
18.03.2012 - 12:04
Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Əliyev Bişkekdə keçirilən “Novruz-2012” beynəlxalq turnirində ilk oyunlarına münasibət bildirib. Apasport.az saytının məlumatına görə, ABŞ-ın AİA klubu üzərində qazanılan 84:72 hesablı qələbə təcrübəli mütəxəssisi pərişan edib.
O bildirib ki, növbəti oyunlarda daha yaxşı oyun göstərə bilərlər: “Biz sentyabrdan sonra ilk dəfə idi ki, bir yerə yığışırdıq. Heyətimizin əsasını gənclər təşkil edir. Fikrimcə, növbəti qarşılaşmalarda daha yaxşı çıxış etmək gücündəyik”.

0
0