Yığmamızın Belarusla oyunu xorvatiyalı hakimlərə tapşırıldı
18.03.2012 - 13:37
Yığmamızın Belarusla oyunu xorvatiyalı hakimlərə tapşırıldı
Qadın həndbolçular arasında Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan – Belarus matçını idarə edəcək hakimlərin adları məlum olub. Apasport.az saytının məlumatına görə, martın 21-də Bakıda keçiriləcək oyunu xorvatiyalı Yelena Crnoyeviç idarə edəcək. İkinci hakim funksiyası isə həmyerlisi Emina Kostecki Radiçə tapşırılıb.

Qeyd edək ki, ABU-Arenada keçiriləcək matç saat 17:00-da başlayacaq.