“Çelenc Cup”da Azərbaycan dueli və ya kubok yenə ölkəmizdə qalacaq
18.03.2012 - 21:25
“Çelenc Cup”da Azərbaycan dueli və ya kubok yenə ölkəmizdə qalacaq
“Çelenc Cup”ın final mərhələsində növbəti dəfə Azərbaycan dueli baş tutacaq. Apasport.az saytının məlumatına görə, həlledici oyunda “Lokomotiv” “Bakı” ilə qarşılaşacaq.

Bu klublar arasında ilk görüş martın 27-də və ya 28-də, cavab oyunu isə martın 31-də və ya aprelin 1-də keçiriləcək.

Qeyd edək ki, “Çelenc Cup”da ötən mövsüm də Azərbaycan dueli olmuşdu. Həmin vaxt “Azərreyl” “Lokomotiv”ə qalib gəlmişdi.