Dünya Kubokunda medalsız qaldıq
02.04.2012 - 12:51
Dünya Kubokunda medalsız qaldıq
ABŞ-ın Tukson şəhərində keçirilən stend atıcılığı üzrə Dünya Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirdə son iştirakçımız - Elvin İsmayılov da mükafatçılar sıranda yer ala bilməyib.

Trap növündə hədəf önünə keçən həmyerlimiz 5 atışdan 104 xal toplayıb ki, bu da onun 52 idmançı arasında 45-ci olması ilə nəticələnib. Kubokun qalibi isə 123 xalla Ryan Hadden (ABŞ) olub.

Qeyd edək ki, İsmayılovdan öncə Zemfira Meftahətdinova 8-ci, Emin Cəfərov 21-ci olmuşdu.