Azad Rəhimov: BOK video-konfransı müsbət qarşıladı
06.04.2012 - 13:00
Bakı-2020 Təşkilat Komitəsi canlı video-konfrans vasitəsilə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) ekspertlər qrupuna Bakının namizədliyinin təqdimatını keçirib. Apasport.az saytının məlumatına görə, mayda 2020 Olimpiya Oyunlarına 5 iddiaçı şəhər arasında rəsmi namizədlərin seçilməsi üçün BOK-un tələbinə uyğun Təşkilat Komitələrindən müvafiq təqdimatlar tələb olunur. Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin seçimi üçün təşkil edilən belə tədbir BOK tərəfindən ilk dəfə tətbiq edilir.
Bakı, Doha, İstanbul, Madrid və Tokio şəhərlərinin Təşkilat Komitələrinin hər biri 15 dəqiqə ərzində canlı video-konfrans vasitəsilə ərizə kitablarının texniki cəhətləri haqqında ətraflı məlumat, 30 dəqiqə ərzində isə BOK tərəfindən qaldırılan suallara cavab verməli olublar.
Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi ilə Bakı-2020-nin texniki təqdimatı üçün təşkil edilən heyətdə Bakı-2020 Təşkilat Komitəsinin icraçı-direktoru Könül Nurullayeva, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, AFFA-nın baş katibi Elxan Məmmədov, ARDNŞ-in Layihələrin İdarəedilməsi şöbəsinin müdiri Elməddin Dadaşov və Bakı-2020 ekspertlər qrupunun üzvü Devrim Kara iştirak ediblər.
Təqdimatın uğurlu keçdiyini qeyd edən Rəhimov bildirib ki, mütəxəssislərimiz yüksək səviyyəli təqdimat hazırlayıblar: “Deyə bilərəm ki, Beynəlxalq Olimpiya Komitəsinin Ekspertlər Qrupu təqdimatımızı çox müsbət qarşıladı. Qarşımızda duran növbəti geniş təqdimat isə Milli Olimpiya Komitələri Assosiasiyasının Moskvada keçiriləcək Baş Assambleyasında baş tutacaq. 1000 nəfərin iştirak edəcəyi həmin toplantıda Təşkilat Komitəmiz 10 dəqiqəlik təqdimat edəcək”.
Qeyd edək ki, BOK-un qaydalarına əsasən texniki təqdimatın məzmunu məxvi saxlanılır.

0
0