Londonun 361 metrostansiyasında olimpiya çempionlarımıza yer tapılmadı
06.04.2012 - 17:14
Böyük Britaniyanın paytaxtı Londonun nəqliyyat idarəsi 2012-ci il Yay Olimpiya Oyunları ərəfəsində şəhər metrosunun xüsusi xəritəsini təqdim edib. Lent.az-ın məlumatına görə, xəritədə metro stansiyalarına əfsanəvi idmançıların adları verilib.
Hər bir xətt isə ayrı-ayrı olimpiya növlərinə həsr olunub. Ümumilikdə 361 stansiyanın adının dəyişdirilməsi “Olimpiya əfsanələri” layihəsi çərçivəsində virtual məkanda baş tutub və xüsusi olaraq, London olimpiadasına həsr olunub.
14 qızıl medal qazanan və bütün dövrlərin ən uğurlu olimpiyaçısı olan ABŞ üzgüçüsü Maykl Felpsin adına əsas stansiya sayılan Stratford verilib. Onun yanındakı stansiyanı 1960-cı il Roma Yay Olimpiya Oyunlarının qalibi Kassius Kleyin (Məhəmməd Əli) şərəfinə adlandırıblar. London metrosunun sxemində rusiyalı yüngül atlet, şüvüllə tullanma üzrə onlarla dünya rekordunun sahibi Yelena İsinbayeva da öz adını görəcək.
Xəritəni tərtib edənlər bildiriblər ki, bütün dövrlərin dahi olimpiyaçıları arasından 361 idmançı seçmək asan olmayıb. Siyahıya azərbaycanlı olimpiya çempionlarından heç biri düşməyib. Əvəzində keçmiş SSRİ məkanından qapıçı Lev Yaşin, üzgüçü Vladimir Salnıkov, tennisçi Yevgeni Kafelnikov, avarçəkən Vyaçeslav İvanov, yüngül atlet Viktor Saneyev, ağırlıqqaldıran Vasili Alekseyev, boksçu Vladimir Kliçko, güləşçi Aleksandr Karelin, şüvüllə tullanan Sergey Bubka kimi idmançılar yer alıb.
Qeyd edək ki, siyahıda son 2 olimpiadanı qızıl medalla tamamlayan Argentina yığmasından Lionel Messi, Karlos Teves və Xavyer Maskerano da yer alıb.

0
0