Moskvaya yollanacaq Azərbaycan nümayəndə heyəti müəyyənləşdi
10.04.2012 - 16:59
Moskvaya yollanacaq Azərbaycan nümayəndə heyəti müəyyənləşdi
Moskvada keçiriləcək Milli Olimpiya Komitələri Assosiasiyalarının Baş Assambleyasında Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, aprelin 14-də baş tutacaq tədbirdə ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Bakı-2020-nin Təşkilat Komitəsinin icraçı-direktoru Könül Nurullayeva, AFFA-nın baş katibi Elxan Məmmədov və digər nümayəndələr təmsil edəcəklər.

Assambleyada Bakı-2020-nin növbəti geniş təqdimatı reallaşacaq. 1000 nəfərin qatılacağı həmin toplantıda Təşkilat Komitəsi 10 dəqiqəlik təqdimat edəcək.

Qeyd edək ki, Baş Assambleya ilə əlaqədar sabah Milli Olimpiya Komitəsində brifinq keçiriləcək.