Avropa çempionatında 1 gümüş, 6 bürünc medal
10.04.2012 - 18:21
Avropa çempionatında 1 gümüş, 6 bürünc medal
Azərbaycanın yeniyetmə və gənc samboçulardan ibarət milli komandası Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatında iştirak edib. Lent.az-ın məlumatına görə, yığmamız yarışı 1 gümüş, 6 bürünc medalla başa vurub.

Yeniyetmələrin mübarizəsində Ceyhun Babakişiyev (81 kq) gümüş, Nəsimi Umbayev (48 kq), Xəyal Mirzəzadə (65 kq), Ruhin Əhədov (70 kq), Səbuhi Axundov (87 kq) bürünc medal qazanıb. Gənclərin yarışında isə Kənan Binyatov (52 kq) və Hikmət Alışov (90 kq) bürünc medala layiq görülüb.