Pezaro sınağı
12.04.2012 - 23:00
Pezaro sınağı
Bu gün İtaliyanın Pezaro şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir start götürəcək. Apasport.az saytının xəbərinə görə, yarışda Azərbaycan idmançıları da mübarizə aparacaqlar. 3 gün davam edəcək yarışda millimizin heyətində mükafatlar uğrunda Aliyə Qarayeva, Lalə Yusifova, Gülsüm Şəfizadə, Nilufər Niftəliyeva və qrup komandası mübarizə aparacaq.