“Bu qələbənin dadı çox şirindi” - MÜSAHİBƏ
13.04.2012 - 12:52
Azərbaycan yığmasının üzvü Əfqan Bayramov (69 kq) Ağır Atletika Federasiyasının rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Antalyada keçirilən Avropa çempionatında qızıl medala layiq görülən həmyerlimiz belə nəticə gözləmədiyini etiraf edib.
- Karyeranızda ilk dəfə Avropa çempionu oldunuz. Təəssüratlarınız necədir?
- Çox yaxşı. Çünki bu nəticəyə neçə illərdir ki, can atırdım. Hər gün çalışır, məşqlər edirdim, ancaq hər dəfə nəsə çətinliklə üzləşir, nəsə alınmırdı. Odur ki, bu qələbə mənim üçün çox əzizdir. Avropa çempionu olacağımı gözləmirdim. Ona görə də, bu qədər sevincliyəm. Həqiqətən də böyük əziyyət və səbr hesabına qazanılan qələbədir. Məşqçim də mənim bu nəticəyə çatmağım üçün çox çalışıb, həm o həyəcan keçirib.
- Yəqin ki, Avropa çempionatına gəlməzdən əvvəl çempionluğa ümid etmirdiniz…
- Avropa çempionatında medal qazanmaq istəyirdim. Sona qədər mübarizə aparıb, ən azı bürünc medal əldə etmək niyyətindəydim. Buna da hazır idim. Düzdür, hər bir idmançı çempionluğu istəyir. Ancaq aza qane olmaq lazımdır ki, çox da gəlsin.
- Qələbənin belə gec qazanılması onun dəyərini birə-iki artırırmı?
- Bu qələbənin dadı çox şirindir. Gözləmədiyim, indiyə qədər keçirmədiyim hissləri indi yaşayıram. İnanılmaz hisslərdir. Hələ də inana bilmirəm ki, mən Avropa çempionu olmuşam.
- Birdən qaldırma hərəkətini 7-ci yerdə bitirdiniz. Təkanla qaldırma hərəkətinə başlamazdan öncə medal şansının da əldən getdiyini düşünmədiniz?
- Yox. Özümü sona qədər mübarizə aparmağa kökləmişdim. Təkanla qaldırma hərəkəti mənim güclü tərəfimdir və burada nəyəsə nail olacağıma əmin idim. Özüm-özümə deyirdim ki, heç olmasa, mükafatçılar sırasında yer alacağam. Buna ürəkdən inanırdım. İdmanda hər şey olur: udmaq da var, uduzmaq da. Ancaq mən ümidimi kəsməmişdim.
- Səni dəstəkləyən insanlara demək istədiyin bir söz varmı?
- Hamıya təşəkkür edir, çox sağ ol deyirəm. İdmansevərlərimizin, xalqımızın dəstəyini üzərimdə hiss edirdim. Burada Azərbaycanı təmsil etdiyimi bilirdim və bu, mənə əlavə məsuliyyət verirdi. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə Azərbaycanda idmana yaratdığı şərait, göstərdiyi qayğıya görə minnətdaram. Çünki onun bizlərə belə dəstəyi olmasaydı, Azərbaycan idmanı belə inkişaf etməzdi.
- Ümid edirik ki, qələbələrin davamı gələcək…
- Bunun üçün əlimdən gələni edəcəm. Qarşıda bizi Olimpiada gözləyir. Məşqlərimə ara verməyəcəm, çalışmalarımı artıracam ki, daha böyük nailiyyətlər qazanım. Qoy, bu qələbə axırıncı yox, axarıncı olsun!

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0