Respublika stadionunda dubl etdi, AVRO-2012-dən kənarda qaldı
14.04.2012 - 10:50
İtaliya milli komandası AVRO-2012 öncəsi ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, dördqat dünya çempionlarının əsas hücumçularından olan Cüzeppe Rosso Ukrayna və Polşada keçiriləcək final mərhələsində iştirak edə bilməyəcək. “Vilyarreal”ın da əsas qol ümidlərindən olan italiyalı məşqdə dizində ön xaçvarı bağları qırıb.
Rossinin AVRO-2012-də iştirakı hələ ötən ilin oktyabrında sual altına düşdü. Çünki o, həmin vaxt da analoji zədə almışdı. Hücumçu bunu sağaltdıqdan sonra klubunda məşqləri bərpan etdi. Ancaq son zədə onun ümidlərinin üstündən birdəfəlik xətt çəkdi. İndi 25 yaşlı futbolçu yenidən əməliyyat olmalıdır və onun oktyabrından tez yaşıl meydana qayıtmayacağı gözlənilir.
Rossinin yoxluğu İtaliya yığmasının baş məşqçisi Çezare Prandellinin planlarına ciddi təsir edib. O, Cüzeppeni seçmə mərhələdə 7 oyunda istifadə edib və digər hücumçu – ürəyindən əməliyyat olunan Antonio Kassanonu da xidmətindən istifadə edə bilməməyi işini çətinləşdirib. İtaliya C qrupunda İspaniya, Xorvatiya, İrlandiya yığması ilə birgə yer alıb.
Qeyd edək ki, Rossi 2008-ci ilin martın 26-da İtaliyanın 21 yaşlılardan ibarət yığmasının (U-21) heyətində Azərbaycanın U-21-i ilə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən rəsmi oyunda etdiyi dublla 2:0 hesablı qələbədə əsas pay sahibi olub.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0