Mövsümün ikinci het-triki
15.04.2012 - 16:28
Mövsümün ikinci het-triki
Premyer Liqanın cari mövsümündə 2-ci het-trik qeydə alınıb. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, bu, ilk “altılıq”da baş tutan XXVIII turda gerçəkləşib.

Meydan sahiblərinin 4:1 hesablı qələbə qazandığı “Bakı” – “Xəzər Lənkəran” oyununda Deyvidas Çesnauskis lənkəranlıların qapısına 3 qol vurub. Litvalı legionerə qədər cari mövsümdə yalnız 1 futbolçu buna nail olmuşdu. Bu sevinci də çempionatın bombardiri Bahodir Nasimov yaşamışdı.

“Neftçi”nin özbəkistanlı hücumçusu XVI turun AZAL-la oyununda fərqlənmişdi. Ötən il dekabrın 11-də komandasının 7:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada Nasimov mövsümdə ilk het-trikin müəllifi olmuşdu.