Vətən Hüseynli: İnanıram ki, qələbə qazanacam
16.04.2012 - 10:27
“Həmişə birinci qarşılaşmalar ağır alınır. Həm də Ukraynada 2 həftə ağır məşqlər keçmişdik. Turnirdə rəqabət güclüdür”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının boksçusu Vətən Hüseynli (81 kq) deyib.
O, Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə Avropa Olimpiya təsnifat turnirində ilk qələbəsini qazanıb. Millimizin üzvü döyüşündən o qədər də razı qalmadığını deyib: “Avropanın ən yaxşı boksçuları lisenziya uğrunda mübarizə aparırlar. İkinci görüşdə Polşa boksçusu Mateuş Triçlə üz-üzə gələcəm. Bu onunla ilk döyüşüm olacaq. İnanıram ki, daha yaxşı çıxış edərək, qələbə qazana biləcəm”.
Qeyd edək ki, 81 kq çəki dərəcəsində 3 boksçu Olimpiya Oyunlarına vəsiqə qazanacaq. Əgər boksçumuz yarımfinalda uduzsa, onun rəqibi mütləq yarışın qalibi olmalıdır.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0