Elvin İsayev: Keleşdən revanş almaq istəyirəm
16.04.2012 - 10:42
“İlk qarşılaşmada rəqibim rumıniyalı Çiçeryanu idi. Birinci raundda rəqibim bir qədər ciddi müqavimət göstərdi. Amma ikinci, üçüncü hissdə üstünlüyü ələ alıb qalib gəldim”. Apasport.az saytının məlumatına görə, bunu Avropa Olimpiya təsnifat turnirində ilk qələbəsindən sonra Azərbaycan milli komandasının boksçusu Elvin İsayevin (60 kq) deyib.
Həmyerlimizin ikinci mərhələdə rəqibi yerli boksçu Fatih Keleş olacaq. Yeniyetmələrin ilk Olimpiya Oyunlarının mükafatçısı bu döyüşdə qalib gəlmək üçün əlindən gələni edəcəyini bildirib: “İkinci görüşdə Türkiyə boksçusu Fatih Keleşlə qarşılaşacam. Ötən il Avropa çempionatında da onunla üz-üzə gəlmişdim. O zaman üstünlük mənim tərəfimdə olsa da, hakimlər qələbi 1 xalla ona vermişdilər. Bu dəfə də yerli boksçu ilə görüşəcəm deyə, çətin olcaq. Amma bu mənim üçün revanşdır. Qələbə qazanmaq üçün var-güclə mübarizə apacam”.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0