“Hər hərəkətdə yalnız lisenziya düşünürdüm” - MÜSAHİBƏ
16.04.2012 - 10:43
Azərbaycan milli komandasının üzvü Yuliya Dovqal (+75) Ağır Atletika Federasiyasının rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Antalyada keçirilən Avropa çempionatının son günündə yığmamıza bürünc medal qazandıran idmançımız qələbəsini şərh edib.
- Avropa çempionatının bürünc medalçısı oldunuz. Hisslərinizi sözlə ifadə edə bilərsizmi?
- Təbii ki, bu nəticəyə görə çox şadam. Avropa çempionatında medal qazanmaq xoş hisslərdir. Ancaq qarşıda Olimpiada var. Yaxşı başa düşürəm ki, qaldırdığım çəkilər Londonda medal üçün yetərli olmayacaq. Bunun üçün daha çox çalışmaq lazımdır. Bütün gücümü ortaya qoyacam ki, nəticələrimi daha da yaxşılaşdırım və Olimpiya medalı qazanım.
- Bu çempionatda Azərbaycan milli komandasını medallarla yanaşı, London-2012-yə lisenziya da maraqlandırırdı. Sizin üçün hansı daha vacib idi?
- Hər ikisinin öz əhəmiyyəti var. Hər hərəkətin ilk yanaşmasında əsasən lisenziyanı düşünürdüm. Bunlar uğurlu olunca, özümə – yəni medalların qazanılmasına kökləndim. Hər 2 işin öhdəsindən gəldiyimə görə çox şadam.
- Sizə azarkeşlik edən, dəstək verən insanlara nə demək istərdiniz?
- Burada mənimlə birlikdə olan, həmçinin kənardan hər cür mənəvi dəstəyini əsirgəməyən hər bir kəsə minnətdaram. Azərbaycana və onun xalqına mənə inandığına və bu nəticələrə nail olmağıma şans yaratdığına görə təşəkkür edirəm. Xüsusilə, federasiyamızın prezidenti Cahangir Əsgərova da ayrıca çox sağ ol deyirəm. O, bizim bu yarışa ən yaxşı şəkildə hazırlaşmağımız üçün hər şəraiti yaratmışdı. Mənə edilən etimadları doğrultmağa çalışacam.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0