“Hakimin qərarı şübhəli idi”
17.04.2012 - 08:30
“Hakimin xəbərdarlığından sonra hesab bərabərləşdi və döyüş daha gərgin hal almağa başladı. Əslində Bolqarıstan boksçusu məni əli ilə tuturdu. Yəni burda mənim elə bir günahım olmadı”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının boksçusu Tamerlan Abdullayev (69 kq) deyib.
Avropa Olimpiya təsnifat turnirində ilk qələbəsini qazanan Tamerlan Abdullayev az qala hakimlərin qurbanı olacaqdı. Bolqarıstanlı Simeon Çxamovla görüşdə referinin xəbərdarlığı rəqibə 2 xal gətirib. Lakin sonda sevinən tərəf yenə həmyerlimiz olub: “Olimpiadaya vəsiqə qazanmaq üçün daha 2 görüşdə qalib gəlməliyəm. Bu Olimpiadaya getmək üçün son yarışdır. Odur ki, bütün gücümü qoyub qələbə qazanmağa çalışacam”.
Abdullayevin Trabzon turnirindəki növbəti rəqibi irlandiyalı Adam Nolan olacaq: “Bu boksçu ilə Ukraynada təlim-məşq toplanışından tanışam. Amma rəsmi yarışlarda hələ ki qarşılaşmamışıq. Bununla belə, hər ikimiz bir-birimizi yaxşı tanıyırıq. Çətin döyüş olacaq”.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0