London-2012-nin məşəli rəsmən təqdim edildi - FOTO
18.04.2012 - 09:40
London Olimpiya Oyunlarına 100 qalmış turnirin məşəli rəsmən ictimaiyyətə təqdim olunub. Apasport.az saytının məlumatına görə, Böyük Britaniya paytaxtının sakinləri Edvard Barber və Cey Osqerbi maketin hazırlanması tenderində qalib olmaqla, məşəlin dizaynerləri kimi tarixə düşüblər.
Məşəl müxtəlif alüminium xəlitələrindən hazırlanıb. Material eyni zamanda yüngüllüyün və möhkəmliyin təmin edilməsi üçün seçilib. Məşəlin dizaynı bir qədər özünə məxsusdur. Belə ki, orada 8 min dəlik var və bu da ənənəvi Olimpiya məşəlinin estafetində iştirak edəcək insanların sayı qədərdir. Bu dəliklər yalnız təmiz dekorativ xüsusiyyətləri özündə əks etdirmir. Onlardan alovun istisi çıxacaq. Məşəlin uzunluğu 80 sm, çəkisi 800 qramdır.
Qeyd edək ki, məşəlin üçbucaq formada seçilməsi də təsadüfi deyil. O, 3 Olimpiya dəyərini – hörmət, incəsənət və dostluğu, Olimpiya şüarından 3 devizi – tez, yüksək və güclü, həmçinin Böyük Britaniyada 3-cü dəfə möhtəşəm oyunların keçirilməsini simvollaşdırır.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0