9 aylıq hamilə həmyerlimizə rəqib oldu
18.04.2012 - 14:21
Malayziya idmançı Nur Saryani Məhəmməd Taibi London Yay Olimpiya Oyunlarında bütün diqqətləri özünə cəlb edəcək. Apasport.az saytının məlumatına görə, güllə atıcılığında qüvvəsini sınayacaq 29 yaşlı xanım idmançı yarış zamanı hamiləliyinin 9-cu ayında olacaq.
Bu növdə yarışlar iyulun 28-dən avqustun 6-na qədər davam edəcək. Olimpiadanın açılışı zamanı hamiləliyinin 33-cü həftəsində olacaq Taibi həkimlərin verdiyi proqnoza görə, sentyabrın 2-də dünyaya körpə gətirəcək.
Lakin bu məqam malayziyalını nəinki narahat edir, əksinə daha da ruhlandırır: “Mən yarış öncəsi bətnimdəki körpəmlə söhbət edəcəm. Ondan xahiş edəcəm ki, 1 saat 15 dəqiqə ərzində tərpənməsin. Londona iyulun 25-də gedəcəyəm, çünki həkimlər bundan gec təyyarə ilə oraya yollanmağı məsləhət görmürlər. Yarışdan dərhal sonra evə qayıdacağam”.
Qeyd edək ki, güllə atıcılığında Azərbaycan Afina-2004-ün bürünc mükafatçısı İradə Aşumova təmsil edəcək.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0