“Bakı-2020” şort-listə düşsə, büdcə 44 milyon dollar olacaq”
19.04.2012 - 09:22
2020-ci il Yay Olimpiya və Paralimpya Oyunlarına ev sahibliyi etmək istəyən Bakı şort-listə düşəcəyi halda, büdcəsini xeyli artıracaq. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Rusiya mətbuatına açıqlamasında deyib.
O bildirib ki, Bakı ikinci mərhələyə keçib, iddiaçı şəhərlərin sırasında yer alarsa, büdcəsi 8 milyon dollardan 44 milyon dollara kimi artırılacaq: “İlk mərhələdə 8 milyon dollar büdcə müəyyənləşdirmişik. Bunu dövlət ayırıb. Əgər şort-listə düşsək, büdcə tam başqa olacaq. Bu zaman artıq şəxsi vəsaitlər də cəlb ediləcək. Oyunların özünün büdcəsini hələ müəyyənləşdirməmişik. İkinci mərhələyə keçəcəyimiz halda isə büdcəmiz 44 milyon təşkil edəcək”.
Qeyd edək ki, mayın 25-də Kanadanın Kvebek şəhərində Beynəlxalq Olimpiya Komitəsinin iclasında mərhələ adlayacaq iddiaçıların adları açıqlanacaq. Ardıcıl 2-ci dəfə Olimpiadaya ev sahibliyi etmək marafonuna qoşulan Bakı bu dəfə mübarizədən qalib ayrılacağına böyük ümid bəsləyir.
Bu yolda isə paytaxtımızın rəqibləri Doha (Qətər), Tokio (Yaponiya), İstanbul (Türkiyə) və Madrid (İspaniya) şəhərləridir.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0