Boksçularımız Minskə gedəcəklər
19.04.2012 - 14:04
Boksçularımız Minskə gedəcəklər
Boks üzrə böyüklər arasında növbəti Avropa çempionatına ev sahibliyi edəcək ölkənin adı məlum olub. Apasport.az saytının məlumatına görə, 2013-cü ildə keçiriləcək yarış Belarusda təşkil olunacaq. Bununla bağlı qərar Avropa Boks Konfederasiyasının İcraiyyə Komitəsinin Türkiyənin Trabzon şəhərində bu gün keçirilən iclasında verilib.

Qərara əsasən çempionat paytaxt Minskdə keçiriləcək. Təşkilatçılar “Minsk-Arena”da baş tutacaq yarışın dəqiq tarixini müəyyənləşdirməsə də, qitə çempionatının mayın 17-26-da olacağı planlaşdırılır.

Qeyd edək ki, hazırda Trabzonda Avropa Olimpiya təsnifat turniri keçirilir.