Procter&Gamble Milli Olimpiya Komitəsinin rəsmi tərəfdaşı oldu
20.04.2012 - 13:06
Bu gün Procter&Gamble şirkəti ilə Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalanıb. Apasport.az saytının məlumatına görə, müqavilə şirkətin Qafqaz ölkələri üzrə baş direktoru Kaan Baralla MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə arasında bağlanıb.
Procter&Gamble ilə 10 il müddətinə tərəfdaşlıq nəzərdə tutulub.
Müqaviləyə münasibət bildirən Baral bundan məmnun olduğunu və həmişə Azərbaycan idmançılarına dəstək olacaqlarını deyib.
Müqavilənin şərtləri barədə məlumat verən Hüseynzadə isə bunun Azərbaycanda Olimpiya Hərəkatının təbliğinə böyük töhfə olduğunu söyləyib:
“Bu, MOK üçün vacib və önəmlidir. Saziş Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə bağlanan sponsorluq müqaviləsinin bir layihəsidir. Çünki Procter&Gamble BOK-la 10 illik müqavilə imzalayıb və onlar fəaliyyət göstərdiklər bütün ölkələrdə yerli komitələrə dəstək olacaqlar. Müqavilə ölkəmizdə Olimpiya Hərəkatının və olimpizmin təbliğini nəzərdə tutur və 5 Olimpiadada birgə çalışacağıq”.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0