Boksçumuz döyüşmədən finala yüksəldi
20.04.2012 - 16:09
Azərbaycan milli komandasının boksçusu Məhəmməd Abdulhəmidov (56 kq) Trabzonda keçirilən Avropa Olimpiya lisenziya turnirində finala vəsiqəni təmin edib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, boksçumuz yarımfinalda Gürcüstan təmsilçisi Merab Turkadze ilə döyüşməli idi. Ancaq Turkadze zədələndiyindən yarımfinala çıxmayacaq.
Belədə həmyerlimiz birbaşa finala vəsiqəni təmin edib. Abdulhəmidov həlledici döyüşdə Denis Ceylan (Danimarka) – Pavlo İşenko (Ukrayna) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Abdulhəmidov yarımfinala yüksəlməklə London-2012-yə lisenziyaya sahib olmuşdu.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0