Vətən Hüseynli Londona lisenziya qazanan 7-ci boksçumuz oldu
20.04.2012 - 17:55
Bu gün Türkiyənin Trabzon şəhərində boks üzrə Avropa Olimpiya təsnifat turnirində yarımfinal görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, həmyerlilərimizdən öncə rinqə çıxan Vətən Hüseynlinin (81 kq) çıxışı uğurlu olub.
Belə ki, ingiltərəli Kallum Smitə qalib gələn Vətən finala çıxmaqla, eyni zamanda London-2012-ə vəsiqə qazanıb.
Vətəndən sonra rinqə Məhəmməd Əbdülhəmidov çıxmalı idi. 56 kq-da döyüşən boksçumuzun rəqibi gürcüstanlı Merab Turkadze olsa da, görüş baş tutmayıb.
Rəqib zədə üzündən rinqə çıxmadığından, təmsilçimiz birbaşa finala vəsiqə qazanıb. Məhəmməd hələ yarımfinala çıxmaqla, olimpiya lisenziyası qazanmışdı.
Qeyd edək ki, Hüseynli Azərbaycan boksçularının Londona 7-ci, ümumilikdə idmançılarımızın 34-cü olimpiya lisenziyasının müəllifi olub.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0