Trabzon turniri başa çatdı
21.04.2012 - 22:20
Türkiyənin Trabzon şəhərində boks üzrə Avropa Olimpiya təsnifat turnirinə yekun vurulub. Apasport.az saytının xəbərinə görə, finala vəsiqə qazanmış iki boksçumuzdan yalnız biri rinqə çıxıb.
56 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdulhəmidovun böyrəyindən daş sidik kisəsinə düşdüyündən o final döyüşündən imtina edib.
Beləliklə, 56 kq çəki dərəcəsində Ukrayna boksçusu Pavlo İşenko mübarizəsiz yarışın qalibi olub. 81 kq çəki dərəcəsində yarışan Vətən Hüseynli isə finalda Türkiyə təmsilçisi Bəhram Müzəffərlə üz-üzə gəlib.
Boksçumuz ilk raunddan sonra 2 xal fərqlə öndə olsa da, sonradan üstünlüyü əldən verib. Nəticədə, 12:18 hesabı ilə məğlub olan Hüseynli yarışın gümüş medalına layiq görülüb.
Qeyd edək ki, boksçumuza medalları AİBA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov və ABF-nin vitse-prezidenti Vüsal Novruzov təqdim ediblər. Beləliklə, Azərbaycan milli komandası Türkiyədə London Olimpiadasına daha 2 lisenziya qazanıb. Hazırda boks idman növündə 7 Olimpiya vəsiqəmiz var.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0