“Borussiya” ardıcıl 2-ci dəfə Almaniya çempionu oldu
22.04.2012 - 10:52
Almaniya çempionatının qalibinin adı artıq müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Dortmund “Borussiya”sı sona 2 tur qalmış qızıl medalları qazanmağını rəsmiləşdirməklə, titulunu qoruyub. Özü də bu, Mönhenqladbaxtı təmsil edən adaşı ilə ev oyununda reallaşıb. Dortmundlular 2:0 hesabı qələbə ilə ardıcıl 2-ci il çempionluğu bayram edib.
1996-cı ildən bu yana yalnız “Bavariya” titulunu qoruya bilib. Bu, 1999-2001 və 2005-06-cı illərdə olub. “Borussiya” isə sonuncu dəfə ardıcıl 2 dəfə çempion ona Çempionlar Liqasını da qazandıran baş məşqçisi Otmar Hitsfeldin rəhbərliyi altında olmuşdu. Dortmund klubunun hazırkı çalışdırıcısı Yurgen Klopp bu uğuru ilə Bundesliqanın 2 dəfə qalibi olan almaniyalı mütəxəssislərin sırasında yer aldı.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0