London-2012-yə 37-ci lisenziya
23.04.2012 - 08:21
London-2012-yə 37-ci lisenziya
Azərbaycan London Yay Olimpiya Oyunlarına 37-cı lisenziyasını qazanıb. Apasport.az saytının məlumatına görə, bu uğura qılıncoynatma üzrə milli komandamızın üzvü Səbinə Mikina imza atıb.

Belə ki, təmsilçimiz Bratislavada keçirilən Olimpiya lisenziya turnirində inamla çıxış edərək, özü üçün Londona vəsiqəni təmin edib. Olimpiadada iştirak üçün son yarışda ilk “4-lükdə” yer almalı olan sablyaçımız yarımfinala çıxmaqla bu, arzusunu reallaşdırıb. O, Böyük Britaniya paytaxtında yeganə qılıncoynadanımız olacaq.

Qeyd edək ki, yığmamız hələlik 37 lisenziyanı 12 idman növündə qazanıb.